ABŞ Konqresinin Nümayəndələr palatasının Kəşfiyyat komitəsində prezident Donald Trampın impiçmenti çərçivəsində ilk açıq dinləmələr başlayıb.

Ilk olaraq Ukraynada səfir əvəzi Bill Tailor və dövlət katibinin müavini Corc Kent ifadə verəcək.

Qeyd edək ki, iqtidardakı Respublikaçılar Partiyası rəqib demokratları dəfələrlə gizli təhqiqat aparmaqda günahlandırıb. Əks tərəf isə səs çoxluğu ilə impiçmentlə bağlı xüsusi qətnamə qəbul edib.

Bundan əvvəl sabiq və hazırkı rəsmi şəxslər bu məsələyə dair ifadələrini qapalı şəkildə versələr də, ifadələrin bəziləri artıq KİV-də dərc olunub, yaxud Konqresin demokrat üzvləri tərəfindən açıqlanıb.

Xatırladaq ki, prezident D.Tramp barəsində impiçment prosesi onun siyasi rəqibi olan sabiq vitse-prezident Co Baydenlə bağlı araşdırma aparması üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiqlər barədə xəbərlərin üzə çıxmasından sonra başlamışdı. D.Tramp isə Ukrayna hökumətini korrupsiyaya qarşı tədbirlər görməyə çağırdığını bildirib.

İstinadlar Report