Ukraynaya dəstək artırılmalıdır.

Bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Ukraynanın sağ qalması ABŞ üçün vacibdir.

D.Tramp Ukraynaya kifayət qədər dəstək vermədiklərinə görə avropalı müttəfiqləri qınayıb.

Sabiq dövlət başçısı bildirib ki, Ukraynanın sağ qalması həm ABŞ, həm də Avropa üçün vacibdir.

Qeyd edək ki, D.Tramp daha əvvəl söyləyib ki, o, Ukraynadakı müharibəni cəmi bir sutkaya sonlandıra bilər.

İstinadlar Report