ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatının Tauzand-Oks şəhərində baş vermiş silahlı insidentlə bağlı “Twitter”də yazı paylaşıb.

Dövlət başçısı hadisə barədə tam məlumat aldığını qeyd edib.

“Asayiş mühafizəçiləri, çevik əməliyyat xidmətləri, Federal Təhqiqatlar Bürosu hadisə yerindədir. Həlak olanlara Allahdan mərhəmət diləyir, ailələrinə başsağlığı verirəm, – D.Tramp yazıb.

Prezident həmçinin polislərin böyük cəsarət göstərdiklərini vurğulayaraq onlara təşəkkür edib.

Qeyd edək ki, ötən axşam “Borderline Bar and Grill” barına girən naməlum şəxs oradakılara 30-dək atəş açmışdı. Həmin vaxt barda əksəriyyəti tələbə olan bir neçə yüz müştəri olub. Nəticədə biri polis olmaqla 13 nəfər həlak olub. Cinayətkar məhv edilib.

İstinadlar Report