«Fox Nyus» telekanalında keçirilən teledebat zamanı respublikaçılar partiyasından seçkiqabağı kampaniyanın lideri Donald Tramp Rusiya ilə əlaqələrin nizama salınmasına tərəfdar olduğunu bildirib.

 

O eyni zamanda Rusiyaya MKİ-nin sabiq əməkdaşı Edvard Snoudeni ölkəsinə təhvil verməyi təklif edib. Donald Tramp eyni zamanda ona qarşı əks-kampaniya aparan və onu kələkbaz adlandıran ABŞ prezidentliyinə sabiq namizəd Mit Romniyə cavab verib. Tramp bildirib ki, 2012-ci ildə ABŞ-da keçirilən seçki zamanı Mitt Romni dəstək göstərməsi üçün ona yalvarıb. Onun sözlərinə görə, dəstəyini qazanmaq üçün Romni hətta onun qarşısında diz çökməyə hazır idi.

Teledebatın digər iştirakçıları Marko Rubio və Ted Kruz Trampı miqrasiya siyasətinə və qeyri-qanuni miqrantları öz müəssisələrində işlətdiyinə görə tənqid ediblər. Ted Kruz Trampın prezident seçkisində Hillari Klintonla mübarizəyə göndərilməsinin yanlış ola biləcəyini də vurğulayıb.