ABŞ prezidenti Donald Tramp noyabrın 14-də Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

Bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

“Prezident Donald Tramp Ağ Evdə Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberqi qəbul edəcək”, – deyə bəyanatda bildirilir.

Qeyd edilir ki, tərəflər NATO üzrə müttəfiqlərin müdafiə xərclərinin artımını və büdcəyə ödəmələrin daha ədalətli bölgüsünün təminatı işində irəliləyişi müzakirə edəcəklər. ABŞ prezidenti həmçinin NATO-nun müdafiəsini və xarici təhdidlərə dözümlülüyünün, xüsusən terrorçuluqla mübarizənin gücləndirilməsinin əhəmiyyətini vurğulayacaq.

Bundan başqa, Tramp və Stoltenberq kibertəhlükə mövzusuna da toxunacaqlar.

İstinadlar Report