ABŞ prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərinə gəlib.

ABŞ lideri Davosda iki gün olacaq.

AP xəbər verib ki, yola düşməzdən əvvəl D.Tramp ölkəyə əcnəbi sərmayələr cəlb etmək üçün foruma gedəcəyini bildirmişdi:

“Dünyanın ən böyük biznes liderləri ilə görüşəcək, buraya gəlmələrinə çalışacağam”.

Xatırladaq ki, yanvarın 24-dək davam edəcək forumda 118 ölkənin nümayəndələri, o cümlədən 53 ölkənin dövlət və hökumət başçıları iştirak edir.

İstinadlar Report