ABŞ Prezidenti Donald Tramp “Boeing” şirkətinə “737 MAX” modeldən olan təyyarələrin model adının dəyişdirilməsini məsləhət görüb.

Bu barədə, o, “Twitter”də yazıb.

“Brendinq haqqında bildiklərim, bəlkə də, heç nədir (amma prezident oldum!), amma “Boeing”in yerində olsaydım, “Boeing 737 MAX” modellərindəki qüsurları aradan qaldırar, bir sıra əlavə xüsusiyyətlər əlavə edər və modelin adını dəyişdirərdim. Amma yenə də, lənət şeytana, mən nə bilirəm ki?”, – D.Tramp yazıb.

Xatırladaq ki, martın 10-da “Ethiopian Airlines” aviaşirkətinə məxsus “Boeing 737 MAX 8” təyyarəsi Efiopiyada qəzaya uğrayıb, nəticədə 157 nəfər ölüb. Analoji modeldən olan təyyarə ötən il oktybarın 29-da İndoneziyada qəzaya uğrayıb, nəticədə 189 nəfər ölüb. Efiopiyadakı qəzadan sonra təhlükəsizliklə əlaqədar Rusiya, ABŞ və Aİ ölkələri də daxil olmaqla, bir çox ölkələr “Boeing 737 MAX” modelinin istifadəsindən imtina edib.

İstinadlar Report