Dominikan Respublikasının şərq sahillərində qayıq aşıb.

Bu barədə ölkənin Hərbi Dəniz Qüvvələri feysbuk səhifəsində məlumat yayıb.

Qəza nəticəsində azı 8 nəfər həlak olub, təxminən 23 nəfər xilas edilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd olunur ki, qayıqda olan sərnişinlər Puerto-Riko ərazisinə qanunsuz keçməyə cəhd ediblər.

İstinadlar Report