Banka olan dollar borcunu restruktizasiya edəcəyi ilə bağlı vətəndaşa söz verən Yardımlı sakini dələduzluq ittihamı ilə həbs edilib.

Hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseyinovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub.

İttiham olunan Nurlan Bağışov 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, Məhkəmə zalında həbs edilib.

İttihama əsasən Nurlan Bağışov sahibkar Müşviq Əsgərovun “Access Bank”a olan 366 min dollar kreditinin manata çevirəcəyinə vəd edərək ondan 77000 manat pul alıb.

O, özünü zərərçəkmişə vəzifəli şəxs kimi təqdim edib, Milli bankın sədri ilə atasının dost olduğunu deyərək yalan vədlər verib.

Nurlan Bağışov 31 oktyabr 2020-ci ildə saxlanılıb. Sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarı ilə şərti azadlığa buraxılmışdı.

İstinadlar Report