
Ağdamda doğuş vaxtı kliniki ölüm keçirən 24 yaşlı qadın xilas edilib, bətnindəki körpə isə ölüb.
Hadisə ötən gün Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Doğuş üçün əməliyyat otağına götürülən 2004-cü il təvəllüdlü Fatimə Məzahir qızı Yusifovanın halı anidən pisləşib və əməliyyat masasında kliniki ölüm keçirib.
Həkimlər onun həyatını xilas etmək üçün CPR-dan (“Cardiopulmonary Resuscitation” – ürəyin qapalı masajı) istifadə edib. Lakin nəticə olmadığı üçün o, defibrilyasiya edilərək həyata geri qaytarılıb. Körpənin həyatını isə xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı