Vətən müharibəsi zamanı doğum günündə şəhid olan Seymur Məmmədlinin xatirəsi anılıb.

Rayonun Ağçay kəndindəki yaşadığı evində şəhidin doğum günü, kənd qəbiristanlığında isə il dönümü qeyd olunub.

Məlumat üçün bildirək ki, şəhid Seymur Məmmədli 19 oktyabr 1996-cı ildə Qax rayonunun Ağçay kəndində  doğulub. Həmin kəndin orta məktəbini  bitirəndən sonra S.Məmmədli 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbçi peşəsinə olan həvəsi onu yenidən Ordu sıralarına qaytarıb.

S.Məmmədli MAXE kimi 2020-ci ildə yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildən Vətən müharibəsinə qatılan Seymur Məmmədli döyüşlər zamanı düşmənin iki hərbi zirehli texnikasını məhv edərək mühasirədə qalan yaralı döyüş yoldaşlarını xilas edib. Elə bu zaman Hadrut istiqamətindən erməni snayperin gülləsinə tuş gələrək şəhid olub.

İstinadlar Report