ABŞ digər ölkələrin maraqlarına məhəl qoymur və öz məqsədlərinə çatmaq üçün Bosniya və Herseqovinanın daxili işlərinə qarışır.

Bunu Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik “X” sosial şəbəkəsində bildirib.

“Maykl Mörfi (ABŞ-nin Bosniya və Herseqovinadakı səfiri) dünən dediyi kimi, Serb Respublikasının Bosniyadan dinc yolla ayrılması ABŞ-nin maraqları üçün təhlükə yaradır. Serblərin, bosniyalıların və xorvatların öz hüquqları yoxdur? Yalnız ABŞ-nin maraqları vacibdir? Biz 3 xalq bütün məsələləri öz aramızda həll etməliyik”, – Dodik qeyd edib.

Prezident bəzi bosniyalı siyasətçilərin Vaşinqtonun bosniya serblərinə kömək etmək istəyinə inamını “dərin aldanma” adlandırıb:

İstinadlar Report