Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Troy Dulin ilə gələn il Bakıda keçiriləcək miqrasiya sahəsi üzrə Nazirlər Konfransının təşkilini müzakirə edib.

Bu barədə DMX məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Vüsal Hüseynov Azərbaycanda miqrasiya ilə bağlı müxtəlif sahələrdə həyata keçirilən bir sıra layihə və təşəbbüslərdə BMqT-nin verdiyi dəstəyi, həmçinin bu sahədə bilik və bacarıqların artırılması üzrə birgə layihələrin uğurla icra edildiyini, buna misal kimi Miqrasiya üzrə Regional Təlim Mərkəzinin fəaliyyətini diqqətə çatdırıb.

Səmimi görüş üçün təşəkkürünü bildirən Troy Duli Dövlət Miqrasiya Xidmətinin BMqT-nin Azərbaycanda əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb, miqrasiya sahəsində birgə layihələrin həyata keçirilməsinin əməkdaşlığın genişləndirilməsində vacibliyini qeyd edib.

İstinadlar Report