
“Rusiya müharibəni masada bitirməkdə maraqlı deyil”.
Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.
Onun sözlərinə görə, Rusiyanın addımları göstərir ki, bu dövlət savaşa diplomatik yolla son qoymaq istəmir: “Bunu Rusiya döyüş meydanında həll etmək niyyətindədir”.
Kuleba həmçinin söyləyib ki, tezliklə danışıqlar mərhələsinin başlanması üçün Ukrayna ordusu daha da güclənməlidir.