
Rusiya Ukrayna böhranının diplomatik yolla həllinə hazırdır.
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
O bildirib ki, Rusiya heç vaxt Ukraynadakı münaqişənin həlli üçün danışıqlardan imtina etməyib: “Söhbət Rusiyanın xüsusi hərbi əməliyyat çərçivəsində məqsəd və vəzifələrinin diplomatik yolla həyata keçirilməsini təmin etməkdən gedir”.
D.Polyanski həmçinin söyləyib ki, Rusiyanın Ukrayna ilə bağlı danışıqlara başlamaq üçün Qərbdən xahiş etməsinə dair iddialar həqiqətə uyğun deyil.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müharibənin sülh yolu ilə həllinə çalışdığını dəfələrlə bəyan edib.