“Rusiya və ABŞ arasındakı münasibətlər “soyuq müharibə” dövründəkindən də pisdir”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Good Morning America” proqramının efirində deyib.

O, Vaşinqtonun soyuqluq yaradan addımları deyərkən rusiyalı diplomatların ABŞ-dan çıxarılmasını və əvvəlki administrasiya dövründə ABŞ-da Rusiyanın əmlakının müsadirə olunmasını nəzərdə tutduğunu izah edib.

Eyni zamanda, D.Peskov ABŞ-da Rusiyanın diplomatik toxunulmazlıq statusu daşıyan əmlakının müsadirə edilməsinin onilliklər ərzində beynəlxalq praktikada görünməmiş qəsb və beynəlxalq hüquqa zidd addım olduğunu bildirib.

İstinadlar Report