“Rusiya vətəndaşlarına qarşı növbəti nasist sərsəmləməni eston xala söyləyib. O deyib: “Avropanı ziyarət etmək insan haqqı deyil, imtiyazdır”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin sabiq Prezidenti Dmitri Medvedev tviterdə yazıb.

“Elə ona digər sözləri xatırlatmaq istəyirsən: “Əgər siz azadsınızsa, bu sizin xidmətiniz deyil, bizim nöqsanımızdır”, – o vurğulayıb.

Qeyd edək ki, D.Medvedevin Estoniya Baş naziri Kaya Kallasın ünvanına dediyi bu sözlər sovet Rusiyasının Əks-İnqilab və Sabotajla mübarizə üzrə Ümum-Rusiya Fövqəladə Komissiyasının banisi, məşhur inqilabçı Feliks Dzerjinskiyə məxsusdur. O vaxtilə deyib: “Əgər sizin məhkumluğunuz yoxdursa, bu sizin xidmətiniz deyil, bizim nöqsanımızdır”.

İstinadlar Report