“ABŞ-ın diplomatik missiyasının hansı əməkdaşlarının Rusiyada işini dayandıracağına Vaşinqton qərar verəcək”.

Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, ABŞ-ın seçimidir, burada həm diplomatlar, həm də texniki işçilər olacaq. Söhbət yalnız diplomatlardan getmir, bu qədər amerikalı diplomat Rusiyada, ümumiyyətlə, yoxdur. Söhbət diplomatlardan və qeyri-diplomatik statusu olan şəxslərdən, eləcə də yerində qəbul edilən, yəni orada işləyən Rusiya vətəndaşlarından gedir”, – D.Peskov deyib.

Onun sözlərinə görə, humanizm naminə Moskvadakı səfirliyin əməkdaşlarına ölkəni tərk etmək üçün kifayət qədər vaxt verilmişdi.

Xatırladaq ki, Moskva ABŞ-ın diplomatik missiyasının 755 əməkdaşının Rusiyadan xaric edilməsi barədə qərar qəbul edib.

İstinadlar Report