Yalana inam 50.000 manatın kartdan oğurlanması ilə nəticələnib” – DİN çağırış edir

Diqqətsizlik, ehtiyatsızlıq, yalana inam 50.000 manatın oğurlanması ilə nəticələnib.

DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, investiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər. Danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb. Bu, yeganə fakt deyil.

Avqustun 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 9050, 504, 1527, 1000, 1000, 2436, 100, 1000, 535, 27, 80, 1000, 101, 2800, 230, 460 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

İstinadlar Report