
Samuxda sakinlərində narkotik aşkarlanıb.
Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli Elmir Yolçuyev, İlkin Allahverdiyev və Osman Mərdənov saxlanılıb. Şübhəli şəxslərin üzərlərinə baxış keçirilən zaman onlardan “metamfetamin” aşkarlanaraq götürülüb.