“Salyanda avtomobildən qızıl-zinət, eləcə də digər əşyaların oğurlanması ilə bağlı səsləndirilən iddialar isə həqiqəti əks etdirmir və şər-böhtan xarakterlidir”.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenant Nizam Həmidov “Report”a bildirib ki, iyunun 29-da Oktay Salayevin idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi arxa dövlət qeydiyyat nişanı olmadığı və avtomobildə konstruksiya dəyişikliyinə yol verildiyi üçün Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb:

“Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub, lakin sürücü protokolu imzalamaqdan imtina edib. Həmin avtomobilə hal şahidlərinin də iştirakı ilə baxış keçirildikdən sonra müvəqqəti duracağa yerləşdirilib”.

İstinadlar Report