Polşa nə miqrantları qəbul edəcək, nə də bunun üçün cərimələr ödəyəcək.

Bunu respublikanın daxili işlər naziri Tomaş Semonyak “RadioZet” radiostansiyasının efirində bildirib.

“Bizim mövqeyimiz birmənalıdır. Biz miqrasiya paktının əleyhinəyik və Polşaya miqrantların köçürülməsinə razı olmayacağıq. Onları qəbul etməkdən imtina etdiyimizə görə cərimə də ödəməyəcəyik”, – nazir qeyd edib.

İstinadlar Report