İraqda fəaliyyət göstərən “Rudaw” telekanalı Azərbaycana qarşı dezinformasiya yayıb.

Telekanalın “X” hesabında Bakıda guya partlayıcı qurğu aşkarlandığı qeyd olunub.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən sorğumuza cavab olaraq əcnəbi telekanalın iddiası təkzib edilib. DİN-dən bildirilib ki, yolun kənarında aşkarlanan bağlama qida təchizatı ilə məşğul olan şirkətlərdən birinə aiddir.

İstinadlar Qafqazinfo