Sosial şəbəkələrdə Lənkəran şəhərində yetkinlik yaşına çatmayan şəxsin narkotik vasitə aludəçisi olmasını əks etdirən iddialar yayılıb.

İddialara cavab olaraq DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin narkotik istifadəçisi olması ilə bağlı ananın səsləndirdiyi iddialar əsassızdır, tibbi ekspertiza rəyi ilə təsdiqlənməyib.

2011-ci il təvəllüdlü şəxs 11 aprel 2024-cü il tarixində videoblogerin iştirakı ilə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında müayinədən keçirilib. Müayinə zamanı onda hər hansı narkotik vasitə və ya psixotrop maddənin sərxoşluğu müəyyən edilməyib.

İstinadlar Report