Daxili İşlər Nazirliyi Lənkəranda baş verən və ölkə gündəmində müzakirə edilən olayla bağlı açıqlama verib.
Iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.
Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib. Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağn meyiti su quyusundan çıxarılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb. Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.