AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Şuşa Real Məktəbi belə olacaq – Video
  • Vətən müharibəsi qazisi intihar etdi
  • Baş Qərargah rəisi “TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək texnikalara baxış keçirib
  • “Son 25 ildə paytaxt ərazisi qarış-qarış satılıb”
  • Qazaxıstan səfiri: “Zəngəzur dəhlizi iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır”
  • AMEA-nın 41 yaşlı alimi özünü öldürdü – Foto
  • Bakıda Türkiyə qırıcılarının uçuşu həyata keçirilir
  • Polisin saxlamaq istədiyi şəxs qaçmağa cəhd etdi, atəş açıldı
  • Ukraynada Rusiyanın təcavüzünü dəstəkləyənlərin əmlakı müsadirə olunacaq
  • Polşa Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etmədiyinə görə cərimələnib
  • Şuşa Real Məktəbi belə olacaq – Video
  • Vətən müharibəsi qazisi intihar etdi
  • Baş Qərargah rəisi “TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək texnikalara baxış keçirib
  • “Son 25 ildə paytaxt ərazisi qarış-qarış satılıb”
  • Polisin saxlamaq istədiyi şəxs qaçmağa cəhd etdi, atəş açıldı
  • Polşa Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etmədiyinə görə cərimələnib
  • İnzibati məhkəmələrin yeni ittifaqı yaradıldı – Fotolar
  • Əliyevlə Paşinyan yolların açılması və gömrük məsələlərində razılığa gəldilər
  • Ukrayna Baş Qərargahı: “Rusiyanın itkiləri 29 200-ə çatıb”
  • Ukrayna BQ: “Donbas istiqamətində Rusiyanın 11 hücumunun qarşısı alınıb”
  • Polşanın Baş naziri Norveçə neft gəlirlərini Ukrayna ilə bölüşməyi təklif edib
  • Seneqal Avropaya maye qaz təklif edib
  • Şarl Mişel: “Sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəlinib”
  • Azərbaycan və Ermənistan liderləri sərhədlərin delimitasiyası məsələsini müzakirə ediblər
  • Aİ-nin ali nümayəndəsi: “Ukraynada müharibə həlledici məqama, dönüş nöqtəsinə çatıb”
  • Borrel: “Təhlükəsizlik üçün Avropa Silahlı Qüvvələrinə ehtiyac var”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
DİN-dən əməliyyat, 109 nəfər saxlanıldı – Video
14/05/2022 18:07
Şuşa Real Məktəbi belə olacaq – Video
23/05/2022 12:00
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
22/05/2022 12:21
Binəqədidə 5 evi yaran şəxs tutuldu – Video
21/05/2022 15:02
FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təlim keçirdi – Video
21/05/2022 11:57
Bakıda çoxmənzilli yaşayış binasında yanğın oldu – Video
21/05/2022 09:41
Gədəbəyə dolu düşüb, Şahdağa qar yağıb – Video
20/05/2022 18:15
Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir – VİDEO
20/05/2022 16:03
FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirdi – Video
20/05/2022 12:18
Ermənistanın saxta siqaret və brilyant ticarəti üzə çıxdı – Paşinyanın da əli var – VİDEO
19/05/2022 23:47
Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü – Video
19/05/2022 15:46
Ötən sutka 4 nəfər xilas edilib – Video
19/05/2022 11:06
Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi – Fotolar +Video
19/05/2022 01:11
Avstraliyanın baş naziri meydançada uşağın üstünə yıxıldı – Video
18/05/2022 20:09
“Anatolian Phoenix – 2022” təliminin ərazisinə baxış keçirilib – VİDEO
18/05/2022 17:27
Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı qətlin təfərrüatı – VİDEO
18/05/2022 01:21
“Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO
17/05/2022 11:10

Video xəbərlər

  • İlham Əliyev və Mehriban Əliyevanın Zəngilana səfərindən – Video
  • “Yolumuz Zəngilanadır…” – Mehriban Əliyeva video paylaşdı
  • FHN subasma hadisələri ilə bağlı məlumat yaydı – VİDEO
  • Daşan çaydan belə xilas olundu – Video
  • Həcc ziyarətinin qiyməti niyə artıb? – QMİ-dən açıqlama – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

27/05/2022
04:51 İraqda terrorçular dinc sakinləri hədəfə alıb, ölən və yaralananlar var
04:29 Rusiya qoşunları Ukraynanın Borovskoye şəhərində yeni mövqelər ələ keçiriblər
03:02 Albaniya NATO-ya Paşaliman hərbi bazasını istifadə üçün təklif edib
02:12 Kanadada məktəblərin bağlanmasına səbəb olan silahlı şəxs ölüb
02:08 Zelenski: “Yeni silahlarla döyüşün xarakterini dəyişəcək, işğalçıları qovacağıq”
00:56 Almaniya və Ukrayna XİN başçıları taxıl ixracı barədə müzakirələr aparıb
00:29 Pentaqon Rusiyanın müharibədə itirdiyi hərbi texnikanın sayını açıqlayıb
00:05 BMT: “Ukraynada sülhməramlı missiya ideyası tezdir”
26/05/2022
23:35 Avtobus piyadanı vurub öldürdü
23:32 Rusiya hərbçiləri Xarkovu atəşə tutub, ölən və yaralananlar var
22:29 ÜST: Rusiyanın hərəkətləri Ukraynada səhiyyə sahəsində böhrana səbəb olub
22:23 İlham Əliyev və Mehriban Əliyevanın Zəngilana səfərindən – Video
22:11 Lavrov Ukraynaya Rusiyanı vura biləcək silahlar verməmək barədə xəbərdarlıq edib
22:02 İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyuldu – Fotolar
21:59 “Zəngilanı təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik”
21:45 Türkiyədə turist avtobusu qəzaya uğrayıb, onlarla xəsarət alan var
21:15 Türkiyə Suriyada təhlükəsizlik zonalarının genişləndirilməsini müzakirə edir
21:03 DGK sədri “Mazımqara” gömrük postuna getdi – Fotolar
21:01 “Azərbaycanda vaksinasiya 90 faizdən artıqdır” – Səhiyyə naziri
20:34 Türkiyə aviasiyası İraqda 14 terrorçunu zərərsizləşdirib
20:31 Gəncədə internat tipli gimnaziyada nöqsanlar aşkarlandı – Fotolar
20:25 İlham Əliyevə Zəngilanın Baş planı təqdim edildi – Fotolar
19:56 Si Cinpinin Honkonqa səfəri ləğv edilə bilər
19:48 “Şahlar Cəfərov əlindəki su butulkasını başıma çırpdı” – İlkin Süleymanov
19:39 Tokayevdən Azərbaycan Prezidentinə məktub
19:20 Mağazasını açmaq istəyərkən öldü
19:17 Prezident Zəngilan Beynəlxalq Hava Limanının tikinti işləri ilə tanış olub
19:08 Kuba Prezidenti İlham Əliyevi təbrik etdi
19:05 “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimi oldu – Fotolar
18:49 Moldovanın eks-prezidentinə bir aylıq ev dustaqlığı cəzası verilib
18:47 Ermənistanda müxalifət yenidən aksiya keçirir
18:44 DSX hərbçisi özünü asaraq öldürüb – Açıqlama
18:42 “Açıq mikrofon” Cəlilabadda – Fotolar
18:37 Prezident yeni dəmiryolu stansiyasının təməlini qoydu – Fotolar
18:35 Bakının rayonlarında və bu şəhərlərdə su kəsiləcək
18:24 DSX-nin hərbçisi intihar etdi
18:21 “Şəxsi telefonuma görə rüsum istədilər” iddiasına – Komitədən cavab
18:05 Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
17:59 Hərbi təyyarəçilərimiz “Texnofest Azərbaycan” festivalında ilk uçuşlarını icra edib
17:50 Erməni deputat: “Azərbaycan peyk alanda biz villalar alırdıq”
17:42 Peruda 6,7 bal gücündə zəlzələ olub
17:39 Oğuzda şəhidlərin xatirəsi əbədiləşdirilib
17:39 Ciddə-Bakı aviareysi gecikir
17:36 “Mcdonald’s” bu tarixdə yeni adla Rusiyaya qayıdır
17:11 Ukrayna MN: “Kiyevə yeni hücum gözlənilir”
16:58 Blinken: “Çinlə bütün məsələlər üzrə əlaqələri genişləndirməyə hazırıq”
16:51 Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi: “Növbəti həftələr çox çətin olacaq”
16:48 Son sutkada 2 nəfər koronavirusdan ölüb
16:45 Vaksinasiya ilə bağlı son statistika
16:32 Ukrayna MN: “Rusiya ilə döyüşlər maksimal intensivliyə çatıb”
16:20 “Yolumuz Zəngilanadır…” – Mehriban Əliyeva video paylaşdı
16:15 Si Cinpindən İlham Əliyevə təbrik məktubu
16:14 Aİ-nin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı qrupu fəaliyyətə başlayıb
16:12 Ərdoğan və Makron İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə ediblər
16:00 “Quru sərhədləri açmağa ehtiyac yoxdur, pandemiya bitməyib”
15:05 Prezident və xanımına Zəngilan şəhərinin Baş planı təqdim olunub
14:36 Rusiyada 19 yaşlı azərbaycanlını öldürən polisin cinayət işinə xitam verildi
14:29 Türkiyə Suriyada yeni antiterror əməliyyatına başlaya bilər
14:26 Türkiyənin XİN başçısı: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”
14:23 Beş mindən çox şəxsin sənədi komissiyaya göndərilib – MN

Əvvəlki xəbərlər

Facebook-da izləyin

DİN-dən əməliyyat, 109 nəfər saxlanıldı – Video

Multimedia 14/05/2022 18:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 95 nəfər saxlanılıb.

Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.

Saxlanılan şəxslərdən 80-i barəsində məhkəmə tərəfindən həbs, 15-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 21 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılardan 11-i birbaşa olaraq Suraxanı və paytaxtın digər ərazilərində narkotik maddələrin satışına nəzarət edən şəxslər olublar.

Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Yeni Günəşli qəsəbələrində yerləşən evlərdən, mağazalardan, ödəmə terminallarından, kitabxanalarda silsilə oğurluqlar edən, habelə binalarda liftlərin əyləc dolaqlarını qarət edən 9 cinayətkar qrupun 14 nəfərdən ibarət üzvü saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 36 ev və obyektdən pul, qızıl-zinət, məişət və digər əşyalar oğurladıqları müəyyən edilib.

Oxumağa dəyər:   Məktəblinin ölümünə görə "Azərişıq" işçisinə ittiham elan edildi

Qeyd edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şuşa Real Məktəbi belə olacaq – Video

Multimedia 23/05/2022 12:00
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Artıq Şuşa Real Məktəbinin layihələndirmə və bərpa işlərinə başlanılıb.

Bu məqamda xatırladaq ki, Şuşa Real Məktəbi XIX əsrdə inşa olunub. Azərbaycanda maarifçi nəslin yetişməsində bu təhsil müəssisəsinin xüsusi rolu olub. Haşım bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli kimi ədiblər bu məktəbin yetirmələri olub.

1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı Məktəbi yandırılaraq xarabazara çevrilib.

Layihələndirmə və bərpa işlərinə başlanılan Şuşa Real Məktəbinin necə olacağına dair videogörüntünü təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Multimedia 22/05/2022 12:21
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib.

“Report” icmalı təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Binəqədidə 5 evi yaran şəxs tutuldu – Video

Multimedia 21/05/2022 15:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.

Zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Eyni məzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub. Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tahir Qasımov saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman onun paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 5 evdən müxtəlif vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar oğurladığı məlum olub. O, izahatında etdiyi oğurluqları etiraf edib.

Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat- istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təlim keçirdi – Video

Multimedia 21/05/2022 11:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Yanğından Mühafizə Hissəsi və Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının xidməti heyəti yanğın zamanı köçürmə planı üzrə hərəkətlərin təlim məşqini uğurla icra edib.

Əsas məqsədi Liman ərazisində baş verə biləcək fövqəladə vəziyyətlərə qarşı mübarizə bacarığını və işçilərin təhlükəsizliyinin təminini yüksəltmək olan təlim çərçivəsində şərti olaraq biri qapalı, digəri isə açıq sahədə olmaqla 2 süni yanğın ocağı formalaşdırılıb. Daha sonra həyəcan siqnalı işə düşüb və qısa zamanda Limanda yanğın baş verən ərazi üzrə mövcud olan könüllü yanğından mühafizə dəstəsi alova ilkin müdaxiləyə başlayıb.

Eyni zamanda, ərazidə olan bütün şəxslər toplama məntəqəsinə yönələndirilib və müvafiq şərait qiymətləndirilərək FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Limanın mühafizə xidməti tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilməklə yanaşı, əraziyə cəlb edilən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin operativ nəqliyyat vasitələri və canlı qüvvəsinə yol göstərəcək bayraqdarlar işlərinə başlayıb.

Oxumağa dəyər:   Baş Qərargah rəisi "TEKNOFEST Azərbaycan"da nümayiş etdiriləcək texnikalara baxış keçirib

Təlim çərçivəsində çevik reaksiya və doğru müdaxilə nəticəsində hər iki nöqtədəki “alov” qısa zamanda “söndürülüb” və yanğının texniki təlim planına uyğun olaraq hadisə nəticəsində səhhəti pisləşən bir işçi FHN-in əməkdaşları tərəfindən təxliyə edilərək Təcili Tibbi Yardım Briqadasına təhvil verilib.

Bakı Limanı ərazisində həyata keçirilən yanğın-texniki təlim çərçivəsində liman heyətinin hadisələrə reaksiyası və ardıcıllığı FHN-in mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib və müvafiq tövsiyələr verilib.

Belə təlimlərin il ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulur.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda çoxmənzilli yaşayış binasında yanğın oldu – Video

Multimedia 21/05/2022 09:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan ikiotaqlı mənzildə baş verdiyi və mənzildə bir nəfər vətəndaşın həyatı təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Yanğınsöndürənlər və xilasedicilər operativ müdaxilə ilə ilk növbədə tüstülənmiş mənzildə təhlükəli vəziyyətdə qalmış vətəndaş 1958-ci il təvəllüdlü Nəzərov Cəmil Əliş oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yanğınsöndürmə qüvvələrinin çevikliyi sayəsində yanğın qısa müddətdə söndürülərək digər mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində mənzilin ümumililkdə 0,5 m² sahəsində ev əşyaları yanıb, yüksək temperaturdan kondisioner əriyib. Mənzil və bütövlükdə bina yanğından mühafizə olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Gədəbəyə dolu düşüb, Şahdağa qar yağıb – Video

Multimedia 20/05/2022 18:15
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Lerik, Lənkəran, Astara, Kişçay (Şəki), Sarıbaş (Qax), Şabran, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda şimşək çaxıb, arabir yağış, Şahdağda qar yağıb.

Saat 16:25-16:32 radələrində Gədəbəy rayonunun Söyüdlü, Qarabağ, Pirqulu kəndlərinə xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Neftçalada 20 m/s, Ağdam, Gəncə, Tərtərdə 18 m/s, Bərdədə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 30 m/s, Neft Daşlarında 21 m/s, Ələt, Pirallahıda 20 m/s, Çilov adasında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.

Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarındək davam edəcək. 21-i gündüz, 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir – VİDEO

Multimedia 20/05/2022 16:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Plana uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi davam etdirilir.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınaraq döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materiallarının dəyişdirilməsi həyata keçirilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilir.

Bundan başqa, şəxsi heyətlə yay şəraitində texnikanın istismarı qaydaları və təhlükəsizlik tələblərinin öyrənilməsi üzrə dərslər keçirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirdi – Video

Multimedia 20/05/2022 12:18
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti “SOCAR-Petroleum” QSC-nin Gəncə Neft terminalında yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib.

Təlimin keçirilməsində əsas məqsəd neft məhsulu saxlanılan çəndə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər, Samux və Göygöl rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.

Təlim zamanı neft məhsulu saxlanılan çəndə baş vermiş şərti yanğın qısa müddətdə “söndürülüb”.

Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.







İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ermənistanın saxta siqaret və brilyant ticarəti üzə çıxdı – Paşinyanın da əli var – VİDEO

Multimedia 19/05/2022 23:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İqtisadi böhran içərisində olan Ermənistan qeyri-qanuni siqaret və brilyant ticarəti ilə məşğuldur.

Bu barədə “HaberGlobal” material hazırlayıb.

Bildirilib ki, Şimali İraqda satılan qaçaqmal siqaretlərin çoxu Ermənistandan gətirilir. Qeyri-qanuni ticarət şəbəkəsi Ermənistan Baş naziri Nikol Paşinyana qədər uzanır.

Siyasətdə beynəlxalq hüququ illərlə pozan ölkə ticarətdə də qanunlara riayət etmir. Şimali İraqdakı market rəfləri erməni istehsalı olan saxta siqaretlərlə doludur.

Qiyməti baha, keyfiyyəti aşağı olan bu məhsullar qaçaqmal şəklində ölkəyə gətirilir. Tədarükün hər mərhələsindən isə Ermənistan dövlətinin xəbəri var.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü – Video

Multimedia 19/05/2022 15:46
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mayın 19-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov görüşün təsadüf etdiyi 19 mayın Türkiyədə geniş qeyd edildiyi Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə təbriklərini çatdırıb. Nazir K.Heydərov iki qardaş ölkə arasında bütün sahələrdə mövcud əlaqələrdən danışaraq, Azərbaycan və Türkiyə liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində bu əlaqələrin ən yüksək səviyyəyə qalxdığını qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərindən ətraflı bəhs edən nazir K.Heydərov meşə yanğınları ilə mübarizə sahəsində iki nazirlik arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bu çərçivədə, nazir meşə yanğınlarının monitorinqinin aparılması və meşələrin yanğından mühafizəsi sahəsində erkən xəbərdarlıq sistemlərinin tətbiqi, birgə təlimlərin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Oxumağa dəyər:   "Pençe-Kaplan" əməliyyatı çərçivəsində PKK terrorçuları zərərsizləşdirilib

Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ölkələrimiz arasında sıx əlaqələrin dinamik inkişafından danışaraq, nazir vəzifəsinə təyin olunduqdan sonra ilk səfər etdiyi ölkənin məhz qardaş Azərbaycan olmasından məmnunluq ifadə edib. V.Kirişçi meşə yanğınları ilə mübarizə sahəsində iki nazirlik arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edərək, bu mənada qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən sutka 4 nəfər xilas edilib – Video

Multimedia 19/05/2022 11:06
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər, o cümlədən Bərdə rayonunda “КамАЗ” və “HOWO” markalı iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan yük avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi – Fotolar +Video

Multimedia 19/05/2022 01:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın “Tək Vətən Hərəkatı”nın qazilərini qəbul edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qəbulda Milli Müdafiə nazirinin müavini Yunus Əmrə Karaosmanoğlu da iştirak edib.

“Biz iki dövlət, bir millətik. Biz buna ürəkdən inanırıq”, – deyə Akar bildirib. 

Azərbaycan Ordusunun “Tək Vətən əməliyyatı” ilə işğal altındakı torpaqlarını xilas etdiyini xatırladan Akar, “Azərbaycan ordusu əməliyyatı böyük uğurla həyata keçirdi. Biz buna sevinirik”. deyib.

Əməliyyat zamanı şəhid olanlara Allahdan rəhmət, qazilərə şəfa diləyən nazir “Bizim vəzifəmiz Türkiyə və Azərbaycan qardaşlığını daha da dərinləşdirməkdir. Beləliklə, biz gələcəyə güc və inamla baxa bilərik” söyləyib. 

Azərbaycan qaziləri adından edilən çıxışda Türkiyə Silahlı Qüvvələrinə təşəkkür edilib. Azərbaycanlı qazilər Qarabağda dalğalandırdıqları Azərbaycan bayrağını Hulusi Akara hədiyyə ediblər.










İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Avstraliyanın baş naziri meydançada uşağın üstünə yıxıldı – Video

Multimedia 18/05/2022 20:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Avstraliyanın baş naziri Skott Morrison uşaq komandası ilə futbol oynayarkən gözlənilməz vəziyyətlə üzləşib.

Morrison uşaqlardan birinin üstünə yıxılıb. Gənc futbolçuların əlindən topu almaq istəyən baş nazir irəli atılarkən “7” nömrəli köynəkdə olan oğlana dəyir və hər ikisi yerə yıxılır.

Morrison cəld oğlanı yuxarı qaldıraraq onun vəziyyətinin yaxşı olmasını yoxlayıb. 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Anatolian Phoenix – 2022” təliminin ərazisinə baxış keçirilib – VİDEO

Multimedia 18/05/2022 17:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Anatolian Phoenix – 2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edən müxtəlif ölkələrin nümayəndələri uçuş tapşırıqlarının yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçulara təlimin keçirilmə qaydaları, təhlükəsizlik və təşkilatı məsələlərlə bağlı digər mövzularda təlimat verilib.

Həmçinin, ərazi ilə tanışlıq məqsədilə praktiki uçuşlar icra edilib.

Uçuş zamanı helikopterlərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi yoxlanılıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı qətlin təfərrüatı – VİDEO

Multimedia 18/05/2022 01:21
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

Söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ərazisində baş vermiş hadisədən gedir.

Ağır cinayət Atatürk prospektində yerləşən beşmərtəbəli binanın sakinlərinin  ”102″ xidmətinə məlumat verməsindən sonra açılıb.

Hadisə yerində ekspertlər araşdırma aparıblar və istintaq hərəkətləri zamanı 35 yaşlı Şamil Əliyevin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər aşkar olunub. Meyit 14 gün mənzildə qaldığından hətta çürüməyə məruz qalıb.

Qonşuların sözlərinə görə, Şamil Əliyev bir neçə ildir ki, həmin ünvanda tək yaşayırmış.

Mərhumun qardaşı Murad Əliyev deyib ki, qardaşının yaşadığı mənzil ata evi olub. Qardaşlar arasında ailədaxili məsələyə görə münasibətləri soyuq imiş.

Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, toplanmış ilkin sübutlar nəticəsində cinayət əməlininin Bakı şəhər sakini 33 yaşlı Emil Ağayev tərəfindən aprelin 23-də törədilməsinə əsaslı şübhələr müəyyən edilib və adıçəkilən şəxs cinayətdən 25 gün sonra saxlanıb.

Oxumağa dəyər:   Baş Qərargah rəisi "TEKNOFEST Azərbaycan"da nümayiş etdiriləcək texnikalara baxış keçirib

Murad Əliyev deyib ki, ilkin məlumata görə, hadisəni törədən şəxslə qardaşı dost olub. Hətta bir həftə imiş ki, Emil Ağayev Şamil Əliyevin evində qalırmış.

Ərazidə çəkiliş aparılan zaman rayon prokurorluğunun əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Emil Ağayevi istintaq hərəkətləri aparmaq üçün həmin əraziyə gətiriblər. O, cinayəti törətdikdən sonra hansı istiqamətdə qaçdığını və digər əməlləri barədə müstəntiqə məlumat verib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda onun barəsində ”qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO

Multimedia 17/05/2022 11:10
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı Türkiyədə ixtisaslaşmış allerqoloq dr. Gülnar Quliyevadır. Müsahibimiz allergik xəstəliklərdən biri – bronxial astma haqqında suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Arayış: Peşəkar allerqoloq Gülnar Quliyeva 2008-ci ildən həkim kimi fəaliyyət göstərir. 2018-ci ildə Türkiyə Respublikasının Ankara Universitetində allergiya və immunologiya, eləcə də ağciyər xəstəlikləri bölməsində ixtisaslaşma kursu keçib. Allergiya və ağciyər xəstəlikləri ilə bağlı bir çox yerli və beynəlxalq konfranslarda iştirak edib. O, Avropa Allerqoloqlar və İmmunoloqlar Cəmiyyətinin (EAACİ) üzvüdür. Allerqoloq Gülnar Quliyeva uşaqlarda və böyüklərdə allergik rinit, bronxial astma, dərman-qida-böcək allergiyası, kəskin və xroniki övrə xəstəliyi, atopik dermatit və ixtisası üzrə digər xəstəlikləri beynəlxalq protokollar əsasında peşəkarlıqla müalicə edir. Həmçinin dəri testi ilə allergiyanın 15 dəqiqəyə təyini və tənəffüs testi (spirometriya) kimi prosedurları da icra edir.

– Bronxial astma nədir və hansı səbəblərdən yaranır?

– Bronxial astma genetik yolla nəsildən-nəsilə ötürülən və müxtəlif xarici faktorların təsiri altında ortaya çıxan xroniki, allergik xəstəlikdir.  

– Hansı yaş qruplarında daha sıx rast gəlinir?

– Bu xəstəliyin yaşı yoxdur. Bronxial astma istənilən yaşda üzə çıxa bilər. Lakin böyüklərə nisbətən uşaqlarda iki dəfə daha çox rast gəlinir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də allergik xəstəliklər sürətlə artmaqdadır. Bu insanların həyat tərzinin dəyişməsi, “fast food” qidalarının artması, hava çirkliliyi kimi genlərə təsir edən halların çoxalması ilə bağlıdır. Astmanın üzə çıxmasında xarici faktorların mühüm rolu var.

– Bunlar hansı faktorlardır?

– Bura erkən uşaqlıq dövründə ardıcıl keçirilən infeksiyalar, antibiotik və ağrıkəsici dərmanların uzunmüddətli qəbulu, stres faktoru, hava çirkliliyi, siqaret də daxil olmaqla digər zərərli vərdişlər, hərəkətsizlik, piylənmə, kimyəvi məhsulların həyatımıza çox daxil olması kimi səbəblər daxildir.

– Yəni genetikasında bu xəstəlik olmayan şəxsdə heç vaxt bronxial astma yarana bilməz?

– Astma xəstəliyi irsi meyilliyi olan insanlarda daha çox rast gəlinir. Valideynlərdən biri allergikdirsə, üç uşaqdan birində, hər iki valideyndə allergiya varsa, üç uşaqdan ikisində yarana bilər. Daha çox genetika ilə bağlı olduğundan genetik xəstəlik sayılır. Lakin bu o demək deyil ki, genetikasında bronxial astma olmayan şəxsdə bu xəstəlik heç vaxt yarana bilməz. Digər insanlarda da xarici faktorların təsiri ilə üzə çıxması mümkündür. Məsələn, tənəffüs yollarının kimyəvi maddə və tozlara, buxarlara məruz qalması, siqaret çəkmək, keçirilən infeksiyalar tənəffüs yollarının ifrat  həssaslığına və nəticədə astma xəstəliyinin yaranmasına səbəb ola bilər.

Oxumağa dəyər:   Məktəblinin ölümünə görə "Azərişıq" işçisinə ittiham elan edildi

– Öskürək müxtəlif səbəblərdən yarana bilər. Astma öskürəyinin hansı fərqi var?

– Bronxial astmanın əsas əlamətlərindən biri öskürəkdir. Bəzi pasiyentlərdə əsas simptom boğulma, astma tutması deyil, sırf öskürəkdir. Buna öskürək variantlı bronxial astma deyirik. Bəzən xəstə aylarla öskürəkdən əziyyət çəkir, amma astma olduğunu bilmir. Uzun müddət antibiotik, bitki tərkibli çaylar içir, lakin öskürəyi allergik mənşəli olduğundan nəticə vermir. Bizə qalaq-qalaq reseptlərlə müraciət edən pasiyentlər olur. Aldıqları müalicə yanlış olduğundan illərlə sağala bilməyiblər.

– Astma öskürəyinin hansı əlamətləri olur?

– Astma öskürəyi quru öskürəkdir. Ya bəlğəm olmur, ya da öskürək tutmasının sonunda xəstə qatı, yapışqan şəkilli bəlğəm ifraz edir. Öskürək daha çox gecə saatlarında və ya səhərə yaxın yaranır, xəstəni yuxudan oyadır. Parfüm, sprey, tozun təsiri ilə daha da şiddətlənir. Astmalı insanlar qrip, zökəm, soyuqdəyməni daha ağır keçirirlər. Çünki tənəffüs yollarında onsuz da allergiyadan yaranmış bir iltihab var. Virusa yoluxduğunuz zaman iki qat zədələnmə baş verir. Odur ki, sağalma müddəti uzun çəkir. Astma öskürəyinin bir xüsusiyyəti də fiziki aktivlik zamanı ağırlaşmasıdır. Məsələn, pilləkənləri çıxanda, qaçanda, güləndə, ağlayanda öskürək daha da kəskinləşir. Çünki sakit vaxtlarımızda nəfəs aldığımız zaman hava rütubətlənərək burun yollarından ağciyərimizə keçir. Ancaq fiziki aktivlik zamanı tez-tez nəfəs almalı oluruq. Bu halda tənəffüs yolları quruyur və əgər allergik fon da varsa, öskürək şiddətlənir. Unutmayaq ki, astmanı yalnız və yalnız allergiya əleyhinə dərmanlarla sağaltmaq olur. Digər dərmanların, o cümlədən antibiotiklərin, öskürək əleyhinə dərmanların, bəlğəmgətirici, bitki tərkibli siropların heç bir effekti olmur, əksinə, xəstəliyi daha da ağırlaşdırır.

Oxumağa dəyər:   Seneqal Avropaya maye qaz təklif edib

– Bəzən valideynlər övladının astma olduğunu bilmir, özbaşına aptekdən öskürək əleyhinə dərmanlar alırlar. Bunun hansı fəsadları var?

– Heç bir effekti olmur, əksinə, xəstəliyi daha da ağırlaşdırır. Astma xəstəliyi zamanı immun sistemi hava ilə tənəffüs yollarına daxil olan ev tozu, kif göbələyi, bitki tozcuqları və s. maddələrə qarşı savaş açır və nəticədə bronxların selikli qışası allergiyadan iltihablanır, ödəm yaranır. Beləcə tənəffüs yolları daralır. Bu cür xəstələr həkim göstərişi olmadan bəlğəmgətirici, bitki tərkibli dərmanlar qəbul etdikdə bəlğəm ifrazı artır. Təsəvvür edin, dar bronx və bol bəlğəm. Bu vəziyyəti daha da ağırlaşdırır. Hətta bəzən boğulma və astma tutmasına da səbəb olur. Odur ki, əgər uşaqda 8 həftədən çox davam edən öskürək varsa, qrip, soyuqdəymə zamanı sinədə xırıltı, xışıltı yaranırsa, hərəkət edəndə öskürəyi artır və tez yorulursa, allerqoloqa müraciət etmək lazımdır. Adətən, belə pasiyentlərimizdə yanaşı allergik rinit xəstəliyinə xas əlamətlər də olur. Məsələn, burunla tənəffüsün pozulması, xüsusilə səhər oyandıqda asqırma, burundan selik ifrazı, burunda, gözdə qaşınma və s.

– Bronxial astmanın müalicəsi haqqında məlumat verərdiniz.

– Astma düzgün müalicə ilə çox asanlıqla nəzarət altına alınan xəstəlikdir. Yəni müasir dərmanların köməyi ilə bronxial astma olan bir xəstə tam sağlam insan kimi yaşaya bilər. Ağırlaşmış vəziyyətdə müraciət etmiş, bu gün isə tam sağlam halda həyatına davam edən çoxsaylı pasiyentlərim var. Nə öskürürlər, nə də təngnəfəslik və boğulma baş verir.

– Yəni astma tam sağalır… Bəs sağalmış şəxsdə yenidən təkrarlana bilərmi?

– Təəssüf ki, bəli. Bu, allergiyaya bağlı xəstəlikdir, allergiya isə orqanizmin genetik xüsusiyyətidir. Hələ ki müasir tibbdə allergiyanı genetik səviyyədə aradan qaldırmaq mümkün deyil. Odur ki, astmanın birdəfəlik, bir kursluq müalicəsi yoxdur. Bu xəstəliyin kəskinləşmə və remissiya, yəni sakitləşmə dövrü var. Biz beynəlxalq protokollar, düzgün müalicə ilə pasiyenti sağalda, uzunmüddətli remissiya əldə edə bilirik. Lakin əgər həyat tərzinə diqqət etməz, allergik təsirlərə uzun müddət məruz qalarsa, yenidən astma aktivləşə bilər. Əksinə, həkimin tövsiyələrinə əməl edərsə, bu xəstəlik təkrarlanmaya bilər. Hazırda etdiyim müalicə ilə astmadan sağalmış və 10-12 ildir heç bir şikayəti olmadan yaşayan pasiyentlərim var.

Oxumağa dəyər:   Ukraynada Rusiyanın təcavüzünü dəstəkləyənlərin əmlakı müsadirə olunacaq

– Uşaqlarda sağalma prosesi fərqlidirmi?

– Bəli. Böyüklərə nisbətən azyaşlılarda daha çox effekt almaq olur. Məsələn, astmalı uşaqlar düzgün müalicə olunarsa, 90 faizi yetkinlik yaşına qədər sağala bilər.

– Astmadan sağalmış insan bu xəstəliyin təkrarlanmaması üçün nəyə diqqət etməlidir?

– Sağlam həyat tərzinə diqqət etməli, bədən çəkisinin normada olmasına çalışmalı, stresdən uzaqda durmalı, siqaret çəkməməli, hər hansı yanaşı xəstəliyi varsa, həmin xəstəliyə görə müalicə almalı, özünü allergen maddələrdən qorumalıdır. Çünki stres, təşviş və sinir sisteminin pozulması kimi hallar astmanın yenidən yaranmasına səbəb ola bilər. Əgər kimsə peşəsi ilə bağlı kimyəvi məhlullara məruz qalır, yaxud da tozlu bir məkanda çalışırsa, qoruyucu maskalardan istifadə etməli, otağın havasını tez-tez dəyişməli, özünü maksimum qorumağa çalışmalıdır. Yüngül bronxial astmalı xəstələr altı, orta ağırlıqlı olanlar üç aydan bir həkim müayinəsindən keçməlidir. Ağır astma xəstələri isə ayda bir dəfə qəbulumuzda olmalıdır. Xəstəliyin dərəcəsinə uyğun dərman növü və doza təyin edirik. Pasiyent həkim nəzarətində olmalıdır ki, doğru müalicə taktikasını seçək. Çünki yalnız düzgün müalicə və nizamlı həkim nəzarəti ilə bronxial astma xəstələri sağala bilir.

Qeyd: Dr. Gülnar Quliyeva peşəkar allerqoloq, astma və allergiya həkimi, ixtisası üzrə yüksək dərəcəli mütəxəssisdir. Maraqlananlar həkimlə 055-609-25-59 mobil nömrəsi vasitəsilə və “allerqoloq.gulnar.quliyeva” instaqram hesabı ilə əlaqə saxlaya bilərlər.










İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 23/05/2022 12:00

Şuşa Real Məktəbi belə olacaq – Video

Read more
Multimedia 22/05/2022 12:21

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 21/05/2022 15:02

Binəqədidə 5 evi yaran şəxs tutuldu – Video

Read more
Multimedia 21/05/2022 11:57

FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təlim keçirdi – Video

Read more
Multimedia 21/05/2022 09:41

Bakıda çoxmənzilli yaşayış binasında yanğın oldu – Video

Read more
Multimedia 20/05/2022 18:15

Gədəbəyə dolu düşüb, Şahdağa qar yağıb – Video

Read more
Multimedia 20/05/2022 16:03

Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir – VİDEO

Read more
Multimedia 20/05/2022 12:18

FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirdi – Video

Read more
Multimedia 19/05/2022 23:47

Ermənistanın saxta siqaret və brilyant ticarəti üzə çıxdı – Paşinyanın da əli var – VİDEO

Read more
Multimedia 19/05/2022 15:46

Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü – Video

Read more
Multimedia 19/05/2022 11:06

Ötən sutka 4 nəfər xilas edilib – Video

Read more
Multimedia 19/05/2022 01:11

Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi – Fotolar +Video

Read more
Multimedia 18/05/2022 20:09

Avstraliyanın baş naziri meydançada uşağın üstünə yıxıldı – Video

Read more
Multimedia 18/05/2022 17:27

“Anatolian Phoenix – 2022” təliminin ərazisinə baxış keçirilib – VİDEO

Read more
Multimedia 18/05/2022 01:21

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı qətlin təfərrüatı – VİDEO

Read more
Multimedia 17/05/2022 11:10

“Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO

Read more
Multimedia 16/05/2022 17:17

Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir – Video

Read more
Multimedia 16/05/2022 17:10

Rəşad Dağlını kim üzr istəməyə məcbur edib? – VİDEO

Read more
Multimedia 16/05/2022 17:05

Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO

Read more
Multimedia 15/05/2022 11:42

FHN əməkdaşları ötən sutka beş nəfəri xilas edib – Video

Read more
Multimedia 14/05/2022 22:54

İlham Əliyev Türkiyədə – Video+

Read more
Multimedia 14/05/2022 19:35

İlham Əliyev Ərdoğanla görüşdü – Video+

Read more
Multimedia 14/05/2022 18:07

DİN-dən əməliyyat, 109 nəfər saxlanıldı – Video

Read more
Multimedia 14/05/2022 17:26

İlham Əliyevdən Türkiyədə vacib açıqlamalar – Video

Read more
Multimedia 14/05/2022 16:18

İlham Əliyev açılışda çıxış edir – Video+

Read more
Multimedia 14/05/2022 15:09

İlham Əliyev Türkiyədə – Canlı – VİDEO

Read more
Multimedia 14/05/2022 12:06

Metroda yanğın təlimi – Video+Foto

Read more
Multimedia 14/05/2022 11:09

İlk solo konsertində anşlaq yaşandı – Fotolar+Video

Read more
Multimedia 13/05/2022 14:21

Prezidentin Şuşada kövrəldiyi an – Video

Read more
Multimedia 13/05/2022 12:32

“Möcüzə”dən möcüzəli analara hədiyyə – VİDEO

Read more
Multimedia 12/05/2022 15:51

“Faşist şüarlarının səsləndirildiyi ölkədə necə yaşamaq olar?!” – Video

Read more
Multimedia 12/05/2022 12:45

Ötən sutka 7 nəfər xilas edilib – Video

Read more
Multimedia 12/05/2022 11:35

Su arxına yıxılan gənc belə xilas edildi – Video

Read more
Multimedia 12/05/2022 10:27

ASAN növbə sistemində yenilik – Video

Read more
Multimedia 12/05/2022 09:33

Rüşvət alarkən tutulan xəstəxana direktoru hakim qarşısına çıxarılır – VİDEO

Read more
Multimedia 12/05/2022 00:27

Azərbaycan-Gürcüstan sərhədində nə baş verir? – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla