Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də yol örtüyünün buz bağlaması avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da artırır.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, belə yol şəraiti mövsümə uyğun təchiz edilməmiş, xüsusilə şinləri tələblərə cavab verməyən avtomobillərin sürücüləri üçün daha təhlükədir. “Unutmaq olmaz ki, avtomobil sürüşməyə başladıqda adətən sürücülərdə çaşqınlıq hissi yaranır ki, bu da idarəetmənin, ətraf mühitə reaksiyanın itirilməsinə və nəticədə toqquşma, aşma, və ya maneəyə vurma kimi qəzaların baş verməsinə zəmin yaradır.

İstinadlar Report