Türkiyənin Sakarya şəhərində bələdiyyə işçiləri tərəfindən dilənçilərə qarşı keçirilən reyd maraqlı görüntülərlə yadda qalıb.

Əməliyyat zamanı körpəsi ilə bərabər dilənən dilənçi qadının üzərindən 11 min 430 TL (təxminən 3175 AZN) pul çıxıb.

Məsələ ilə bağlı Sərdivan Bələdədiyyəsindən verilən açıqlamada bildirilib ki, saxlanılan şəxslərlə bağlı aidiyyatı qurumlar lazımi tədbirlər görəcək.




İstinadlar Qafqazinfo