“Bu gün Ali Baş Komandan İlham Əliyevın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni qələbələr qazanır. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, bu gün qazanılan qələbələr Azərbaycan Prezidentin, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, güclü Ordumuzun və xalqın birliyinin məntiqi nəticəsidir:

“Şanlı Ordumuz tərəfindən bu günə kimi Cəbrayıl şəhəri, Fizuli şəhəri, Zəngilan şəhəri, Hadrud qəsəbəsi və 100-ə kənd düşmən işğalından azad edilib. Ordumuz tərəfindən düşmənə çox sarsıdıcı zərbələr endirilib, onların xeyli sayda hərbi texnikları məhv edilib. Prezident İlham Əliyev vaxtaşırı olaraq xalqımıza müraciətində və xarici medialarında müsahibələrində düşmənin sıradan çıxarılan hərbi texnikaları, qənimət kimi götürülən texnika, silah-sursatla bağlı məlumat verir. Ancaq maraqlıdır ki, dilənçilik etməklə, onun-bunun hesabına yaşamağa çalışan Ermənistanın bu qədər hərbi texnikası, silah-sursatı məhv edildikdən sonra yenə də onlarda hərbi texnika, silah-sursat mövcuddur. Bu, çox böyük sual doğuran bir məqamdır”.

Deputat bildirib ki, Azərbaycan bütün qayda-qanunlara, beynəlxalq norma və prinsiplərə uyğun olaraq ən müasir silahlar, hərbi texnikalar alıb: