Bu gün vəfat edən tanınmış tarixçi alim Dilavər Əzimli dəfn olunub.

O, doğulduğu Cəlilabad rayonunun Ağdaş kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, 62 yaşlı D. Əzimli ilin əvvəlindən koronavirusa yoluxaraq FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alırdı. O, süni tənəffüs aparatına qoşulmuşdu.  

Qeyd edək ki, tarix elmləri üzrə fəlsəfə doktoru olan D.Əzimli 10 ildir pedaqoji fəaliyyətlə məşğul olub. O, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi olub. Bu günə qədər onun 104 elmi əsəri çapdan çıxıb.


İstinadlar Qafqazinfo