Martın 22-də Abşeron rayonu ərazisində qəza nəticəsində həyat yoldaşını itirən, özü isə yüngül xəsarət alan Əməkdar artist Dilarə Əliyeva müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bu barədə D.Əliyevanın qardaşı Vüsal Murtuzəliyev məlumat verib.

O bildirib ki, bacısı həyat yoldaşı Oqtay Əliyevin vida və dəfn mərasimində iştirak edə biləcək.

Xatırladaq ki, mərhum bu gün torpağa tapşırılacaq.

İstinadlar Report