Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını 20-dən artıq erməni diaspor təşkilatı da tələb edir.

Bunu Daşnaksütyun Partiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Onların arasında Daşnaksütyun Partiyası Mərkəzi Komitəsinin İranın şimal və cənub bölmələri, Suriyadakı Erməni Milli Komitəsi, Küveytdəki milli struktur, Livan Gənclər İttifaqı, habelə daşnakların müxtəlif ölkələrdəki komitələri də var.

İstinadlar Report