Prezident İlham Əliyevin sərəncam ilə yaradılan Azərbaycan Diasporuna Dəstək Fonduna maliyyə yardımları başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə,  artıq bir neçə ölkədən, o cümlədən Rusiya, Türkiyə, Ukrayna və  Almaniyadan imkanlı azərbaycanlılar Fonda vəsait köçürmək üçün müraciət edib. 

Rusiyanın Kamçatkda şəhərində fəaliyyət göstərən azərbaycanlıların diaspor  təşkilatının rəhbəri, iş adamı Zahid Bəşirov  Fondun yaradılmasını yüksək qiymətləndirib və Fondun formalaşmasına dəstək göstəriləcəyini bildirib.

Həmçinin İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi,  “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov hesab edir ki, Fondun yaradılması diaspor təşkilatlarının işinin effektivliyini artıracaq, diaspor ənənəsinin formalaşmasına şərait yaradacaq.

Bundan başqa Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının  əlaqələndiricisi  Toğrul Zeynalov da Fondun uğurlu işlərə vəsilə olacağını söyləyib.  

Qeyd edilən şəxslər fondun fəliyyəti üçün lazım olan addımları atacaqlarını qeyd ediblər. 

Oxumağa dəyər:   ABŞ rəsmisi: "İran ildə Yaxın Şərqdə terrorçu qruplaşmalara bir milyard dollar xəcləyir"