Böyük Britaniyanın mərhum şahzadəsi Diananın 1981-ci ildə “Vogue” jurnalı çəkilişində geyindiyi nişan libası hərraca çıxarılacaq.

Kofta Britaniyanın “Julien’s Auctions” hərrac evi tərəfindən satışa təqdim ediləcək.

Təxmini qiyməti 150 min dollar olan libas məşhur modelyer David və Elizabet Emanuel tərəfindən hazırlanıb.

Qeyd edək ki, Diananın 1981-ci ilin fevralında “Vogue” jurnalı çəkilişlərində geyindiyi paltar onun nişan libası kimi məşhurlaşmışdı, çünki şəkillərin dərci onun şahzadə Çarlzla nişanlandığını elan etdiyi vaxta təsadüf edirdi.

İstinadlar Qafqazinfo