Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında Bərdə, Yevlax və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

DGK-nın müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Bərdə, Yevlax və Tərtər rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

İstinadlar Report