“Cəmiyyətdə “Azərsu” ASC-nin borularda problem olan zaman ərazini qazıb getməsi ilə bağlı fikir formalaşıb və tam haqlıdır”.

Bu sözləri  “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mətbuat konfransında deyib. Sədr bildirib ki, ərazidə qazıntı işləri aparıldıqdan sonra Azərbaycan Avtomobil Yolları agentliyinə məlumat verilir və onlar müəyyən müddət ərzində həmin ərazidə bərpa işləri aparmalıdır:

“Biz qəzanı müəyyən etmək üçün mütləq qazmalıyıq. Qazdıqdan sonra da həmin ərazinin bərpa olunması məsələsi var. Ancaq bizim o imkanlarımız yoxdur. Müqavilə əsasında Azərbaycan Avtomobil Yolları Agentliyinə məlumat veririk və ərazidə bərpa işləri aparırlar. Bildiyimə görə, hazırda onlar da bu məsələ ilə bağlı lokal maşınları alıb. Bu məsələ diqqətimizdədir”.

İstinadlar Qafqazinfo