“2023-cü ildə Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub”. 

Bu sözləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov deyib.

“Ötən il Azərbaycanda dövlət qurumlarının saytına bənzədilən 186 saxta domenin fəaliyyətinin qarşısı alınıb. 1 milyon 416 min elektron poçt zərərli informasiyaya görə blok edilib. Aparılan audit yoxlamaları zamanı dövlət qurumlarının saytında təhlükəsizliklə bağlı 695 boşluq müəyyən edilib. Həmçinin dövlət qurumlarına yönələn 1162 kiberhücum müəyyən edilərək qarşısı alınıb. Ümumilikdə kiberhücumlar səbəbindən dəyən illik ziyan saniyədə 190.000 ABŞ dollarıdır”, – deyə o bildirib.

İstinadlar Qafqazinfo