“ABŞ itkin düşmüş şəxslərlə bağlı öz təcrübəsini Azərbaycanla bölüşə bilər”.

Bunu “Report”a açıqlamasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Devid Merkel deyib.

Onun sözlərinə görə, itkin düşmüş insanların problemi çox vacib məsələdir: “Ailələr sevdiklərinin başına gələnləri bilməlidir. Bu şəxslərin kimliyini müəyyənləşdirmək həm ölkənin, həm də beynəlxalq ictimaiyyətin üzərinə düşən vəzifədir”.

O, ABŞ-ın bu sahədə böyük təcrübəyə malik olduğunu vurğulayıb: “Bizim Havayda – Honolulu şəhərində güclü mərkəzimiz var, ABŞ İkinci Dünya müharibəsindən bəri itkin düşmüş hərbi qulluqçuların kimliyini müəyyən etməyi öhdəsinə götürüb. Bu məsələdə öz təcrübəmizi bölüşə bilərik”.

İstinadlar Report