Dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edildi

Dekabrın 5-də Təhsil Nazirliyinin, Təhsil İnstitutunun dəstəyi, “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Dərsliklərdə yeni mərhələ: Sinqapur modeli” adlı onlayn müzakirə təşkil olunub.

Təhsil Nazirliyindən “Qafqazinfo”-ya bildirilib ki, azərbaycanlı və sinqapurlu mütəxəssislərin iştirak etdiyi görüşdə dərsliklərin mövcud vəziyyəti və dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib.

Müzakirələr vasitəsilə bir sıra beynəlxalq qiymətləndirmə nəticələrində zirvədə olan Sinqapur təhsil sisteminin orta məktəb dərslik təcrübəsi öyrənilib, eləcə də keyfiyyətli dərsliyin meyarlarına, müasir dövrün dərsliklərdə yaratdığı yeni çağırışlara, dərsliklərin mövcud vəziyyətinə toxunulub. Həmçinin Təhsil Nazirliyinin Sinqapurla əməkdaşlıq çərçivəsində təkmilləşdirilməsi planlaşdırılan dərsliklərin gözlənilən təsirləri və yeniliklər barədə fikir mübadiləsi aparılıb.

Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev bildirib ki, beynəlxalq qiymətləndirmə proqramlarında ilk sırada olan Sinqapur ilə əməkdaşlıqda özümüzəməxsus məzmun, təcrübə formalaşdırılacaq.

Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın təsdiq olunduğunu diqqətə çatdıran Anar Nağıyev qeyd edib ki, bu sənədə əsasən V sinifdə “Təbiət” fənninin tədrisi planlaşdırılır. Bu məqsədlə Sinqapur nəşriyyatı ilə birgə layihənin ilkin mərhələsində xarici mütəxəssislərin konsultasiyası əsasında ibtidai təhsil səviyyəsində təbiət elmlərinin tədrisi üzrə kurikulum, təlim və tədris materialları təhlil olunacaq. Həmçinin beynəlxalq təcrübə və 21-ci əsrin tələbləri araşdırılacaq, müvafiq tövsiyələrə əsasən yenilənmə işləri aparılacaq. Təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərsliklərin hazırlanması məqsədilə azərbaycanlı fənn mütəxəssislərinə distant təlimlər keçiriləcək.

“T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun moderatorluğu ilə davam edən müzakirələrdə Təhsil Nazirinin müşaviri Elnur Nəsibov, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, Sinqapurun “Alston” nəşriyyatının icraçı direktoru Vi Çi Sim, “Marshall Cavendish” nəşriyyat evinin Mərkəzi Asiya üzrə bölgə direktoru Xairi Salehuddin Bin Abdullah, fizika müəllimi Yalçın İslamzadə, kimya müəllimi Elmir Manafov, biologiya müəllimi Həsən Həsənov, riyaziyyat müəllimi Vüqar Musayev çıxışlar ediblər.

Müzakirə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən yayımlanıb.

İstinadlar Qafqazinfo

özünə yeni köməkçi təyin edib
15:37 Lavrov erməni rəsmilərin Qarabağa səfərlərinə haqq qazandırdı
15:35 İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü – Fotolar
15:32 Deputat Goranboyda fərdi vətəndaş qəbulu keçirib – Fotolar
15:19 Eldar Quliyev infarkt keçirdi
15:17 İngiltərə ilə Almaniya da Navalnının həbsini qınadı
14:57 “Rusiya Qarabağı öz tərkibinə qatmaq niyyətində deyil”
14:52 Şəhidin öz istəyi ilə oğluna Hüseyn adı verildi
14:47 “Honor” smartfonları yenidən “Google” servisləri ilə təchiz ediləcək
14:44 Koronavirusa yoluxan Ermənistan prezidenti müalicəsini ev şəraitində davam etdirəcək
14:42 Ermənistanın yeni səhiyyə nazirinin kimliyi məlum olub
14:32 Müharibədə yaralanan hərbçilərin tibbi-sosial ekspertizasına başlanır
14:30 Əli Həsənov Azərbaycana gətirildi
14:27 Sergey Lavrov: “Sülhməramlıların mandatı məsələsi həll olunur”
14:22 Lavrov: “Erməni tərəfi əsirlərin siyahısını vaxtında və tam şəkildə təqdim etməyib”
14:12 Lavrov: “Qarabağın status məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb”
14:09 İranda amerikalı iş adamı həbs edildi
14:07 Kaliforniya sakini üç ay aeroportda COVID-19-dan “gizlənib”
14:04 Rusiyanın XİN başçısı: “Erməni rəsmilər gərginlik yaradan bəyanatlar verməməlidir”
14:02 Lavrovdan əsirlərin dəyişdirilməsi ilə bağlı açıqlama
13:52