Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Daxil olmuş əməliyyat məlumatına əsasən Istanbul-Bakı aviareysi ilə gələn 3 Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Yoxlama otağına dəvət olunan vətəndaşlardan birinin üzərində şəxsi yoxlama zamanı sol ayağındakı corabın içindən 5 ədəd “Gemtu 1000 mg/10 ml” və sağ ayağındakı corabın içindən 5 ədəd “Gemtu 1000 mg/10 ml”, həmçinin belindəki karsetin altından gizlədilmiş şəkildə “İrontu 100 mg/5 ml”, “Gemtu 1000 mg/10 ml”, “Docetu 80 mg/4 ml” markalı olmaqla, ümumilikdə 85 ədəd dərman preparatları aşkar edilib.

İstinadlar Report