“Dünyada baş verən qıtlıqlar Azərbaycanda baş vermədi. Azərbaycanda başqa şeylər baş verdi”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputat Əli Məsimli bildirib.

“Birinci qiymət artımı, ikinci isə qiymət artımından sui-istifadə edərək qiymət manipulyasiyası və sürətlə qiymətlərin artırılması, dərman preparatlarının gizlədilməsi, satılmaması və bir müddətdən sonra onların bazara çıxarılması, əhalinin alıcılıq qabiliyyətinə ciddə zərbə vurulması baş verdi. Azərbaycanın keyfiyyətsiz malların satış poliqonuna çevrilməsi halları var”, – deyə deputat qeyd edib.

Eldar Tanrıverdi

İstinadlar Qafqazinfo