
Dağıstan Respublikasının Dərbənd rayonunun Rubas kəndinin keçmiş başçısı Hacıqurban Bayrambəyov güllələnərək vəfat edib.
Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, o, nahar zamanı yaşadığı binanın yaxınlığında qətlə yetirilib. Bayrambəyovu öldürməkdə şübhəli bilinən Sadik Taibov adlı şəxs tutulub.