Milli Məclisin deputatı Aydın Mirəzazadənin əmisi qızı koronavirusdan vəfat edib.

Bu barədə deputatın özü məlumat verib.

Onun sözlərinə görə, 64 yaşlı əmisi qızı dünən koronavirusdan ölüb: “Üç gün temperaturla gəzib, hesab edib ki, soyuq dəyib. Onu Goranboyda olan xəstəxanaların birində iki gün süni nəfəs aparatına qoşsalar da, həkimlər həyatını xilas edə bilmədilər. Özündən başqa ailəsindən daha dörd nəfər klinikada koronavirusdan müalicə alırlar və ananın vəfatından xəbərləri yoxdur”.

İstinadlar Report