“”Azərsu”ya 3 ay bundan qabaq məktub yazmışam ki, fiziki şəxs öz vəsaiti hesabına su xətti çəkmək istəyir”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Rüfət Quliyev deyib. 

“Üç ay bundan öncə yazılan millət vəkilinin məktubuna hələ də cavab verilmir. Bu necə ola bilər? İndi də köməkçimə deyiblər ki, məktubu itirmişik”, – deyə deputat qeyd edib. 

Zaur Mirzə

İstinadlar Qafqazinfo