Milli Məclisin deputatı Fazil Mustafanın oğlu Ərturan məzun olub. 

Bu barədə millət vəkili öz feysbuk səhifəsində yazıb.

“UNEC-dən (İqtisad Universiteti-red.) məzun oldu və üstəlik də magistraturaya qəbul oldu Ərturan bəy! Allah bütün valideynlərə belə sevinc bəxş etsin!”, – deyə deputat bildirib.

Fazil Mustafa eyni zamanda oğlu və UNEC-in rektoru Ədalət Muradovla birgə çəkilən fotolarını da paylaşıb.

İstinadlar Qafqazinfo