“Uşaqlar üçün istifadə olunan “Brocsevin Kids” siropunun üzərində və içlik vərəqəsində istifadə qaydası fərqli yazılıb. Bu da həkimlər və pasiyentlərin narahatlığına səbəb olur”.
Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva martın 29-da Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, dərman vasitəsinin üzərində istifadə qaydasında ölçü miqdarı başqa, içlik vərəqində isə tamamilə başqa qeyd olunub: “Bu, çox ciddi problemdir və qısa müddətdə həlli vacibdir”.