Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması Prezident İlham Əliyevin diplomatik məharətinin ən böyük uğuru və onun zirvəsidir.

Bu fikri Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu, həm də 44 günlük Vətən müharibəsində şəhid vermədən Kəlbəcər, Laçın və Ağdamın işğaldan azad edilməsində özünü ifadə edən diplomatik nailiyyətin məntiqi davamıdır:

“Əvvəldən də dövlət başçısının siyasətini dərk edən və onla bərabər olan hər bir şəxs, Azərbaycan xalqının mütləq əksəriyyəti Vətən müharibəsindən sonra sülhməramlıların orada olmasını müvəqqəti hal kimi yanaşırdı”.

İstinadlar Report