Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması həm də Azərbaycan – Rusiya münasibətlərinin və iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər iki ölkənin münasibətləri yüksək idi, sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək.
C.Məmmədov qeyd edib ki, Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasına Amerikanın reaksiyası ciddi təəssüf doğurur: “Dövlət Departamentinin nümayəndəsinin bu məsələni şərh edərkən Rusiyanın “etibarsız müttəfiq olduğunu” bildirməsi, sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaması, əksinə, mənfi tərzdə şərh etməsi Amerikanın riyakayarlığının göstəricisidir. Bu bir daha onu göstərir ki, Amerika və Fransa münaqişənin həllinin ən böyük əleyhdarlarıdırlar və onlar münaqişənin bitməsini istəmirlər”.