Vergi Məcəlləsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə münasibətdə xüsusi yanaşma – ayrıca anlayış olmalıdır.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Vergi güzəştləri müsbət addımdır. Ancaq bu güzəştlər vergi fəlsəfəsinə uyğun olmalıdır, iqtisadiyyatda rəqabəti təşviq etməli, rəqabətə maneə olmamalıdır. Təklif ediəm ki, bu məsələyə baxılsın. Biz işğaldan azad edilmiş ərazilərdə güzəştlərin tətbiq edilməsini dəstəkləyirik. Ancaq rəqabətin qorunması ilə bağlı prinsiplər də olmalıdır. Bu ərazilərlə bağlı qanunvericiliyə “xüsusi vergi bölgəsi” anlayışının gətirilməsinə ehtiyac var ki, bu anlayış həmin ərazilərdən kənarda fəaliyyət göstərən sahibkarların rəqabət imkanlarını məhdudlaşdırmasın”, – deyə o qeyd edib.

İstinadlar Report