Fransanın maliyyə imkanları fəlakətli həddədir. Ölkənin 2017-ci ildən bəri 900 milyard avro borcu yığılıb və borc yükü bu il 57 milyard avroya yüksələcək.

Bu barədə Avropa Parlamentinin Fransadan olan üzvü Joffrua Didye Avropa Komissiyasına müraciətində yazıb.

O, həmçinin xəbərdarlıq edib ki, agentliklər Fransanın reytinqini aşağı salsa, bu, ölkə Prezidenti Emmanuel Makron və onun hökumətinə inamı pisləşdirəcək.

Parlamentari qeyd edib ki, Fransa Senatının Maliyyə məsələləri Komitəsi İqtisadiyyat Nazirliyini yoxlayıb və Fransa hökumətini məlumatları gizlətdiyinə görə tənqid edib.

İstinadlar Report